Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə 25 yaşlı gənc bıçaqlanıb

20:26 - 4 Oktyabr 2021 tarixində dərc olunub.

Daşkəsən rayonunda 25 yaşlı gənc bıçaq xəsarətləri alıb.

Hadisə Çıraqlı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1996-cı il təvəllüdlü R.Nəbiyevi bıçaqlanıb. Bir bıçaq xəsarəti alan şəxs Gəncə şəhərində yerləşən xəstəxanaya aparılıb.

Onu bıçaqlamaqda şübhəli bilinən, 1969-cü il təvəllüdlü Faiq Hüseynəliyev isə saxlanılıb. Hadisənin F.Hüseynəliyevin sərxoş halda olduğu zaman yaranan mübahisə zəminində törədildiyi bildirilir.///report

Müəllif: