Ucnoqta.az
www.ucnoqta.az

Avropada təbii qazın qiyməti 1 200 dolları keçdi

16:17 - 4 Oktyabr 2021 tarixində dərc olunub.

Avropa birjalarında oktyabrın 4-də təbii qazın qiyməti min kubmetr üçün 1 200 dollar həddini keçib.

 Niderlandın TTF habında noyabr fyuçersləri üzrə qazın min kubmetri 1 200,36 dollara alınıb-satılır.

Ötən həftə təbii qazın qiyməti Avropada tarixdə ilk dəfə min dollara, daha sonra 1 100 dollaradək artmışdı.

Xatırladaq ki, avqustun sonunda təbii qazın min kubmetri 590 dollar idi.///trend

Müəllif: