Ucnoqta.az
www.ucnoqta.az

Polis Xocavənddə yük maşınlarında traktor və metallar aparan sürücüləri saxladı

13:34 - 4 Oktyabr 2021 tarixində dərc olunub.

Xocavənddə polisin "Saxla" əmrinə tabe olmayan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 4 radələrində işğaldan azad olunan Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində yerləşən nəzarət postunda İmişli rayon sakinləri - Q.Talıbovun idarə etdiyi “Shacman” və R.Quliyevin idarə etdiyi “Hovo” markalı avtomobillərə "Saxla" işarəsi verilib, lakin sürücülər tabesizlik göstərərək hərəkəti davam etdiriblər.

Görülən tədbirlərlə onlar saxlanılıblar.
Araşdırmalarla Q.Talıbovun sərnişini C.Məmmədovun və R.Quliyevin sərnişini N.Tapdıqovun işğaldan azad olunan ərazilərə keçmək üçün müvafiq icazələrinin olmaması müəyyən edilib.“Shacman” markalı avtomobilin yük yerinə baxış zamanı oradan “Altay” markalı traktor, “Hovo” markalı avtomobilin yük yerinə baxış zamanı isə dəmir və əlvan metallar aşkar edilib.

Onlar Rayon Polis Şöbəsinə gətirilib və toplanmış materialla birgə rayon məhkəməsinə göndəriliblər.

Müəllif: