Ucnoqta.az
www.ucnoqta.az

Masallıda qadın evdən 5 min manatlıq oğurluq edib

13:31 - 4 Oktyabr 2021 tarixində dərc olunub.

Masallıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinə rayon ərazisindəki evlərin birindən 5 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanmçası barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ərkivan qəsəbə sakini L.Səmədova saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Müəllif: