Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda 20 yaşlı gənc oğlanı avtomobil vurub

09:04 - 4 Oktyabr 2021 tarixində dərc olunub.

Şirvanda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Qasımov Elnur Eldəniz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: