Ucnoqta.az
www.ucnoqta.az

Suraxanıda ev yanıb

17:32 - 3 Oktyabr 2021 tarixində dərc olunub.

Bakı şəhərinin Suraxanı rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 85 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 70 m² olan digər birmərtəbəli evin (hər iki evin dam örtüyü ondulindən ibarət) yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyü 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Müəllif: