Qazaxda avtomobil aşıb, <font color=red><b>xəsarət alanlar var</b></font>
11:54 - 3 Oktyabr 2021 tarixində dərc olunub.
Qazax rayonunda yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə Daş Salahlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatları araşdırılır.