Ucnoqta.az
www.ucnoqta.az

Gürcüstandakı seçkilərin ilkin rəsmi nəticələri açıqlanıb

08:59 - 3 Oktyabr 2021 tarixində dərc olunub.
Gürcüstanın Mərkəzi Sekçi Komissiyası (MSK) ötəngünkü yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. “Report”un yerli bürosu xəbər verir ki, MSK artıq 3 743 məntəqənin 1 446-dan (38,63 %) əldə olunan səsləri hesablayıb. Nəticələrə əsasən, hakim Gürcü Arzusu Partiyası 48,56 %, müxalif Vahid Milli Hərəkat Partiyası isə 31,23 % səs əldə edib. Üçüncü yeri isə 6,87 %-lə Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası tutub.
Müəllif: