Ucnoqta.az
www.ucnoqta.az

"Putinlə Qarabağ məsələsini geniş şəkildə müzakirə etdik" - <font color=red><b>Ərdoğan</b></font>

14:44 - 30 Sentyabr 2021 tarixində dərc olunub.

"Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik".

"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, görüşdə Qarabağ məsələsinin də müzakirə olunduğunu vurğulayıb: "Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq".

Müəllif: