Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

14:02 - 30 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda yol qəzası olub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 29-da saat 23 radələrində Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini E.Əhmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini H.Əhmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: