Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə bu gün koronavirusdan 227 nəfər ölüb

22:39 - 29 Sentyabr 2021 tarixində dərc olunub.

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 227 nəfər ölüb.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 355 442 nəfər test edilib, onların 29 386-nın koronavirus testi pozitiv nəticə verib, 31 018 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 109 129 219 peyvənd tətbiq edilib ki, bunun 88,60 faizi birinci mərhələ vaksinasiya olunanlardır.///Apa

 

Müəllif: