Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc oğlan əlbəyaxa dava zamanı bıçaqlandı

09:58 - 29 Sentyabr 2021 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
1995-ci il təvəllüdlü Sadıqzadə Amin Namiq oğlu naməlum şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: