Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

01:15 - 25 Sentyabr 2021 tarixində dərc olunub.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Belə ki, iki avtobusun toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Yolçuyeva Rəqimə Sahib qızı və 1993-cü il təvəllüdlü Şirinova Səriyyə Qulam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Yolçuyevaya qarının küt travması və qapalı kəllə-beyin travması, S.Şirinova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qeyd olunub ki, R. Yolçuyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Müəllif: