Ucnoqta.az
www.ucnoqta.az

“Vüqar Həşimov” komandası klublararası Avropa kubokunda medal qazanıb –<font color=red><b> FOTO</b></font>

23:48 - 24 Sentyabr 2021 tarixində dərc olunub.

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

 Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.///oxu.az

Müəllif: