Ucnoqta.az
www.ucnoqta.az

Ağstafada avtomobil arabaçını vuraraq öldürüb

09:09 - 24 Sentyabr 2021 tarixində dərc olunub.

Ağstafa rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Yuxarı Göycəli kəndində qeydə alınıb.

Avtomobil araba ilə hərəkətdə olan, 1977-ci il təvəllüdlü İbrahim Əliyevi avtomobil vurub. Nəticədə zərbənin gücündən araba aşıb və arabada olan İbrahim Əliyev müxtəlif xəsarətlər alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: