Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, xəsarət alan var

08:46 - 24 Sentyabr 2021 tarixində dərc olunub.

Yevlaxda iki yük maşını toqquşub

Hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük maşını kiçik tutumlu digər yük maşını ilə toqquşub. Qəza nəticəsində sonuncuda olan sərnişin, 1992-ci il təvəllüdlü Bakı sakini Məmmədov Ədalət Etibar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Müəllif: