Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil yeniyetmə qızı vurub

08:27 - 24 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Hacıxanova Milena Fərid qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Müəllif: