Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcər sakinini sahibsiz it dişləyib

21:09 - 23 Sentyabr 2021 tarixində dərc olunub.

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb.

APA-nın məlumatına görə, sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib.

İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

 

Müəllif: