Ucnoqta.az
www.ucnoqta.az

Bakıda itkin düşən Salyan sakini tapılıb - <font color=red><b>FOTO</b></font>

23:41 - 21 Sentyabr 2021 tarixində dərc olunub.

Sentyabrın 16-da evdən çıxıb bir daha qayıtmayan Salyan şəhər sakini, 1966-cı il təvəllüdlü Xudaverdiyev Əbülfəz Qabil oğlu Bakıda Nəsimi polisi tərəfindən rayon ərazisində müəyyən edərək tapılıb.

“Report”un məlumatına görə, artıq bu barədə Ə. Xudaverdiyevin ailə üzvlərinə məlumat verilib.

Qeyd edək ki, fiziki qüsurlu və II qrup əlil olan Ə. Xudaverdiyev I Qarabağ şəhidi Rəhman Xudaverdiyevin qardaşıdır.

 

Müəllif: