Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 14 yaşlı yeniyetməni avtomobil vurub

21:37 - 21 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Mehtiyev Vüsal Rizvan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: