Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə ana və qızını avtomobil vurub

20:36 - 21 Sentyabr 2021 tarixində dərc olunub.

Gəncədə 2 piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən ana və qızını vurub. Onların hər ikisi xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: