Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda broyler şirkətindən 50 min manatlıq oğurluq edilib

18:35 - 21 Sentyabr 2021 tarixində dərc olunub.

Cəlilabadda oğurluq etmiş şəxslər tutulub.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də “Cəlilabad Broyler” ASC-yə məxsus anbardan 50.000 manat dəyərində 50 ton yem oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.İsmayıllı, V.İsmayıllı və R.Nuriyev saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Müəllif: