Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kürəkən qayınata və qayınanasını döyüb, sonra bıçaqladı

09:14 - 21 Sentyabr 2021 tarixində dərc olunub.

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.

Hadisə Nardaran qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər. Daha sonra kürəkən qayınanasına 6, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.///apa

Müəllif: