Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda ər arvadını döyərək öldürdü

08:34 - 21 Sentyabr 2021 tarixində dərc olunub.
Oğuzda qadın öldürülüb. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir. Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib. Faktla bağlı araşdırma aparılır.
Müəllif: