Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda avtomobil ana və qızını vurub

20:35 - 20 Sentyabr 2021 tarixində dərc olunub.

Şirvanda piyadaları avtomobil vurub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad sakinləri, 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızını və onun 15 yaşlı qızı Mirzəyeva Gülgəz Elçin qızını vurub. Yaralılar müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: