Ucnoqta.az
www.ucnoqta.az

Masallıdan Kürdəmirə gələn qonaq dərmandan zəhərlənib

19:06 - 20 Sentyabr 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda 29 yaşlı qadın dərmandan zəhərlənib.

"Report" xəbər verir ki, hadisə şəhərin Əbubəkir İsmayılov küçəsində qeydə alınıb.

Belə ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Mirzəyeva Aytən Mirxan qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: