Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda fermada silah-sursat tapılıb - <font color=red><b>Foto</b></font>

15:00 - 20 Sentyabr 2021 tarixində dərc olunub.

Sabirabadda fermada silah-sursat aşkarlanıb.

Sabirabad rayonunun Güdəcühür kəndi ərazisində yerləşən fermer təsərrüfatlarından birinin ərazisində yerləşən köhnə tikilinin döşəməsinin altından silah-sursat tapılıb. Belə ki, təmir işləri görmək istəyən fermer təsrrüfatının işçiləri döşəmə sökülən zaman orda silah-sursat aşkar ediblər və bu barədə polis şöbəsinə müraciət olunub.

Polis əməkdaşalrı fermadan akt tətrtib etməklə bir ədəd “RPQ-71N1” markalı qumbaraatan, bir ədəd “AK-74” markalı avtomat silahı, 2 ədəd patron darağı və 60 ədəd patron götürüblər. Həmin silahların ora kim tərəfindən qoyulduğu məlum deyil.

Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.///apa

Müəllif: