Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusa yoluxmuş həkimlə bağlı <font color=red><b>ÜZÜCÜ XƏBƏR - ağciyərlərində 90 faiz buzlaşma</b></font>

12:03 - 20 Sentyabr 2021 tarixində dərc olunub.

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bir müddətdir, "Yeni klinika"da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.
N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.

Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.

Müəllif: