Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda 430 çətənə kolu məhv edilib - <font color=red><b>FOTO</b></font>

09:58 - 20 Sentyabr 2021 tarixində dərc olunub.

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Müəllif: