Ucnoqta.az
www.ucnoqta.az

Bakıda gənc qız özünü dənizə atıb

08:39 - 20 Sentyabr 2021 tarixində dərc olunub.
Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə bulvarda baş verib. 1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dəniz kənarında gəzərkən suya atıb. R.Həsənova ətrafdakıların çağırışı nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməksaşları əraziyə gəlib. Qız sudan xilas edilərək Təcili Tibbi Təxirəsalımaz Yardım Xidmətinin əməkdaşlarına təhvil verilib. O, 3 saylı şəhər xəstəxanaya çatdırılıb.
Müəllif: