Ucnoqta.az
www.ucnoqta.az

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

00:27 - 19 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1973-cü il təvəllüdlü Rzayev Oktay Ələkbər oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: