Ucnoqta.az
www.ucnoqta.az

Maskaya görə müdir barəsində cinayət işi başlandı

12:42 - 17 Sentyabr 2021 tarixində dərc olunub.

Azərbaycanda müştəriləri tibbi maska taxmadan mağazaya buraxan market müdiri barəsində cinayət işi açılıb.

Ucnoqta.az xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Şəhərdə yerləşən “Hiper” marketin müdiri Mirpaşa Səfərəliyevin müştərilərin maska taxmamasına göz yumduğu müəyyənləşdirilib.

Nəticədə, onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə ilə iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur.

 

Müəllif: