Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda 3 tondan artıq çətənə kolu məhv edilib - <font color=red><b>FOTO</b></font>

10:16 - 16 Sentyabr 2021 tarixində dərc olunub.

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş 2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbir zamanı rayonun Bayan kəndi ərazisində ümumi çəkisi 3 ton 117 kiloqram olan 2150 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Müəllif: