Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə piyadanı vurub qaçmaq istəyən sürücü saxlanılıb

00:01 - 16 Sentyabr 2021 tarixində dərc olunub.

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin yolda hərəkətdə olan ”QAZel”markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Hacıqabul rayon sakini, 1991-ci il təvəllüdlü Ağabalıyev Hacı Adil oğlunu vurub. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. “QAZel”in sürücüsü hadisə yerindən yayınmaq istəsə də onun niyyəti baş tutmayıb. YPX-nin əməkdaşları onu saxlayaraq, məsuliyyətə cəlb ediblər.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: