Ucnoqta.az
www.ucnoqta.az

Masallıda mebel sexi yandı

22:09 - 15 Sentyabr 2021 tarixində dərc olunub.

Masallı rayonunda mebel sexi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Binə Xocavar kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli mebel sexinin dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılan taxta materialları 5 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: