Ucnoqta.az
www.ucnoqta.az

Kürdəmirdə yolu keçən 67 yaşlı kişini avtomobil vurub

22:41 - 13 Sentyabr 2021 tarixində dərc olunub.

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Babək prospektində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən Kürdəmir rayon sakini, 1954-cü il təvəllüdlü Şirəliyev Sərdar Eybalı oğlunu vurub.

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.///report

Müəllif: