Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil yeniyetməni vuraraq öldürüb

20:36 - 12 Sentyabr 2021 tarixində dərc olunub.

Salyan rayonunda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Düzənlik kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu "Ford" markalı avtomobil vurub. Yaralı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: