Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda iki avtomobil toqquşub, ölən və yaralananlar var

13:45 - 12 Sentyabr 2021 tarixində dərc olunub.

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

"Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: