Ucnoqta.az
www.ucnoqta.az

Nərimanovda yol qəzasında bir nəfər xəsarət alıb

09:34 - 12 Sentyabr 2021 tarixində dərc olunub.

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1985-ci il təvəllüdlü Əliyeva Günay Ramiz qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: