Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda gənc döyülərək baltalanıb

15:15 - 11 Sentyabr 2021 tarixində dərc olunub.

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb.

Ağır xəsarət alan Ş.Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: