Ucnoqta.az
www.ucnoqta.az

Bakıda YPX avtomobili piyadanı vuraraq öldürüb

21:58 - 10 Sentyabr 2021 tarixində dərc olunub.

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Apa xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı “BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: