Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yol qəzası olub, iki qardaş xəsarət alıb

15:47 - 10 Sentyabr 2021 tarixində dərc olunub.

Goranboyda yol qəzası olub.

Hadisə Səfikürd istiqamətinə gedən magistral yolda baş verib. “Vaz 2199” və “Vaz 2106” markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Ağamir Hümbətov və 1963-cü il təvəllüdlü Mətləb Hümbətov bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: