Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü

11:51 - 10 Sentyabr 2021 tarixində dərc olunub.

Göyçay rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 

Göyçay şəhəri sakini, 2005-ci il təvəllüdlü İsmayıl Babazadə və 1968-ci il təvəllüdlü Əli Əliyev sonuncunun evində məclis təşkil ediblər.
Daha sonra onlar arasında mübahisə yaranıb. Nəticədə İ.Babazadə Ə.Əliyevi bıçaqlayıb.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.///oxu.az

Müəllif: