Ucnoqta.az
www.ucnoqta.az

Jurnalist Mahir Xəttab saxlanılıb -<font color=red><b> RƏSMİ</b></font>

10:30 - 10 Sentyabr 2021 tarixində dərc olunub.

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, o hədə qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: