Qazax sakinini bıçaqlayan şəxs məlum olub.
APA-nın məlumatına görə, sentyabrın 9-u axsam saatlarında rayon sakini Amil Qurbanovu övladı, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.
O, Qazax Rayon Pölis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
X.Qurbanov ilkin dindirilmə zamanı hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.