Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb

09:12 - 10 Sentyabr 2021 tarixində dərc olunub.

Yevlax şəhər stadionunun mühafizəçisi iş yerində ölüb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhər Mərkəzi Stadionu ərazisində baş verib.

1956-cı il təvəllüdlü Əliyev Aydın Ağa oğlu xidmət yerində ölü vəziyyətdə aşkarlanıb. Ölümün səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: