Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda yol qəzası olub, ər və arvad xəsarət alıb

12:40 - 9 Sentyabr 2021 tarixində dərc olunub.

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilində olan ər və arvad xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: