Ucnoqta.az
www.ucnoqta.az

Polis əməliyyatlar keçirib: <font color=red><b>14 nəfər saxlanılıb - Video</b></font>

09:54 - 9 Sentyabr 2021 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan daha 14 nəfər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 68 kiloqrama yaxın narkotik vasitə, 6600 ədəd psixotrop tərkibli həb və 119 ədəd çəkisi 510 kiloqram olan kultivasiya edilmiş çətənə kolu aşkar edilib.

Müəllif: