Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın fövqəladə hallar naziri həlak oldu - <font color=red><b>TƏFƏRRÜATLAR</b></font>

14:31 - 8 Sentyabr 2021 tarixində dərc olunub.

55 yaşlı nazir Norilskdə Arktika zonasında fövqəladə hallardan qorumaq üçün idarələrarası təlimlərdə iştirak edərkən, ölüm təhlükəsi ilə qarşılaşmış şəxsi xilas edərkən həlak olub.

Məlumata görə, Ziniçev Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussla birlikdə yeni yanğınsöndürmə hissəsinin inşası ilə maraqlanmaq üçün Dudinsk şəhərinə yollanıb. Nazirlə birlikdə su hövzəsinin kənarında dayanan operatorun ayağı sürüşüb və suya yıxılıb. Onu xilas etmək üçün suya tullanan Ziniçevin də başı daşa dəyib və nazir yerindəcə keçinib.


***

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev vəfat edib.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Məlumatda bildirilir ki, ordu generalı Y.Ziniçev Norilsk şəhərində arktik zonanın fövqəladə hallardan müdafiəsi ilə bağlı qurumlararası təlimləri zaman şəxsin həyatını xilas etmyə çalışıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.

Müəllif: