Ucnoqta.az
www.ucnoqta.az

Şəkidə piyadanı vurub öldürən sürücü saxlanılıb - <font color=red><b>Foto</b></font>

11:29 - 8 Sentyabr 2021 tarixində dərc olunub.

Sentyabrın 7-si axşam saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən piyada Vüqar Süleymanov vurulub və o, aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “QAZ-3110” markalı avtomobilin sürücüsü, əvvəllər də məhkum olunmuş Xəyyam Yusubov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: